Səfər Mehdiyevin adı YENİ QALMAQALDA - İLGİNC

8-05-2020, 10:25           
Səfər Mehdiyevin adı YENİ QALMAQALDA - İLGİNC
İlk baxışdan belə güman etmək olardı ki, 2016-cı ildə FƏTÖ şəbəkəsi çökdürüldüyündən, Azərbaycan Yaşıllar Hərəkatının (Partiyasının) tez bir zamanda ölkədə siyasi gücə çevrilməsi qeyri-mümkündür. Üstəlik, sözügedən partiyanın qurucularının vəzifədə olduqları dönəmdə dövlət əleyhinə çalışdıqlarını nəzərə aldıqda, bu təşkilatın fəaliyyətinin hakimiyyət üçün də arzuedilən olmadığını düşünmək olardı. Amma yenicə elan olunan və hələ rəsmi qeydiyyatdan keçməyən Azərbaycan Yaşıllar Hərəkatının (Partiyasının) rəhbərinin – Ceyhun Osmanlının bir neçə həftə əvvəl Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən görüşə dəvət edilməsi, onunla siyasi müstəvidə danışıqlar aparılması cəmiyyətdə bir çox suallar doğurdu. Üstəlik, onu da ortaya qoydu ki, bu partiya heç də təsadüf nəticəsində yaranmayıb, əksinə Elnur Aslanov və Ceyhun Osmanlının rəhbərlik etdiyi şəbəkənin hələ də hakimiyyət daxilində himayədarları hələ də var…

Son günlərdə cumhuriyyet.az olaraq əldə etdiyimiz informasiya bu gümanımızda yanılmadığımızı bir daha təsdiq edir. Belə ki, mötəbər mənbələrdən daxil olan bilgilərə görə, C.Osmanlının rəhbəri olduğu Azərbaycan Yaşıllar Hərəkatı (Partiyası) həqiqətən də hakimiyyətdə yüksək səlahiyyət sahibi olan məmurların biri tərəfindən himayə olunur. Bildirilir ki, bu partiya hazırda siyasi proseslərdə aktiv rol almasa da, FƏTÖ örgütünün gizlilik prinsiplərinə uyğun olaraq, qapalı formada təşkilatlanmaqdadır. O da iddia olunur ki, bütün bunlara paralel olaraq, Elnur Aslanlı və Ceyhun Osmanlı “cütlüyü” onları himayə edən nazirlərdən birinin dəstəyi ilə hakimiyyətə qayıtmağı düşünür. Mənbənin sözlərinə görə, bu plan çərçivəsində yaxında konkret olaraq Ceyhun Osmanlının ciddi bir vəzifəyə təyin olunacağı gözlənilir.

Xatırladaq ki, FƏTÖ üzvləri ilə əlaqədə ittiham olunaraq deputat mandatından məhrum edilən C.Osmanlı, sonradan təyin edildiyi Odlar Yurdu Universitetinin Beynəlxalq Əlaqələr və İnnovasiyalar üzrə prorektoru vəzifəsindən də eyni səbəbdən uzaqlaşdırılmışdı. Çünki fətullahçı bir şəxs bu universitetdə rəhbər vəzifə tutduğundan, ötən il Türkiyənin Yüksək Öyrətim Kurulu (YÖK) Odlar Yurdu Universitetini özünün “qara siyahı”sına salmışdı. Hansı ki, bunun nəticəsində Odlar Yurdunu bitirmiş tələbələrin Türkiyənin ali təhsil ocaqlarında təhsilini davam etdirməsi qeyri-mümkün idi. Bu səbəbdən də Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev FƏTÖ üzü olan prorektoru rəhbərlik etdiyi təhsil ocağından uzaqlaşdırmışdı.


Maraqlıdır, Azərbaycan-Türkiyə münasibətlərin çox yüksək səviyyədə olduğu indiki dönəmdə Fətullahçı şəbəkə üzvlərinin yenidən yüksək vəzifələrə təyin olunması hansı maraqlardan qaynaqlanır? FƏTÖ tərəfdarlarının Azərbaycanda hakimiyyətə qaytarılması cəhdi qardaş ölkələr arasındakı münasibətləri korlamağa xidmət etmirmi? Bir halda ki, biz Odlar Yurdu Universitetinin prorektoru olduğu dönəmdə Ceyhun Osmanlının timsalında FƏTÖ üzvlərinə Türkiyənin münasibətinin necə olduğunu gördük, o zaman bu şəxsləri siyasi vəzifələrə daşımaq aşkar təxribat niyyəti güdmürmü? Güman edirik ki, bu və digər suallara çox yaxında cavab tapacağıq…

Cumhuriyyet.az

Redaksiyadan: Mövzuya qayıdacağıq və qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.