RƏZALƏT : Azərbaycan əsəgrinin "Tuşonka"sı Ukrayna bazarında satılır-VİDEO

26-03-2021, 20:22           
RƏZALƏT : Azərbaycan əsəgrinin "Tuşonka"sı Ukrayna bazarında satılır-VİDEO
Azərbaycan əsgərinin "Tuşonka"sının Ukrayna bazarında satıldığı ilə bağlı videogörüntü ortaya çıxıb.

Vətəninfo.az xəbər verir ki, yayılan videogörüntüdə Azərbaycan Respublikası Sərhəd Xidmətinə məxsus və əsgərlər üçün istifadəsi nəzərdə tutulan "Tuşonka" konservisinin Ukrayna bazarlarında satıldığı iddia olunub.

Ukraynalı xanım bazardan ölkəsinin istehsalı adı altında aldığı məhsulu evdə araşdıran zaman onun Dövlət Sərhəd Xidmətinə məxsus olduğunu üzə çıxarıb.

Videoda da açıq görünür ki, məhsulun üzərində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə məxsus olduğu və "satışı qadağandır” sözləri yazılıb.

Videogörüntü sosial şəbəkələrdə səs-küyə səbəb olub və ciddi müzakirələrə yol açıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.