Sahil Babayevin Masallıdakı kadrı GÜL VURUR - GİLEY

14-12-2021, 10:46           
Sahil Babayevin Masallıdakı kadrı GÜL VURUR - GİLEY
Dövlət Əmək Müfəttişliyinin Masallı Regional Ərazi Şöbəsinin rəisi Akif Əliyev vətəndaşın işini araşdıran zaman tamahının bəlasına düşərək , saxtalığa yol verdiyi üçün, vətəndaş ondan əl çəkmir və haqqını tələb edir.
Akif Əliyev isə hər dəfə şikayət məktubun bağlamaq üçün bir şey yazıb vətəndaşın üzərinə yollayır.
Şikayətçi aidiyyatı orqanlara yazdığı şikayət məktubun bizim redaksiyamıza yollayıb:

Masallı rayon Güllütəpə kənd sakini 2-qrup əlil Ağayev Kərəm İsabala oğlu tərəfindən
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Ərizə​

Yazıb Sizə bildirirəm ki,​ mən dəfələrlə Sizə və Dövlət Əmək Müfəttişliyinə vaxtilə çalışdığım​ Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi barədə şikayət ünvanlamışdım.​
Amma çox təəssüflər olsun ki,​ Dövlət Əmək Müfəttişliyinin Masallı regional ərazi şöbəsinin​ işçiləri mənim​ işimi düzgün araşdırmayıblar və bu işlər bir başa onların rəisi Akif Əliyevin göstərişi ilə saxtalaşdırılmışdır.​

Mən​ 03 sentyabr 2021-ci ildə poçt vasitəsilə vaxtilə işlədiyim Masallı Regional Meşə Tədərrüfatı Mərkəzinə səhətmin ağır olduğu və əmək məcəlləsinin​ 133-cü maddəsini əldə əsas tutaraq 06 sentyabr 2021-ci il tarixdən məni məzuniyyətə buraxmağı xahiş etdim (son dəfə məzuniyyətə 03 noyabr 2020-ci ildə çıxmışdım).​ Mənim məktubum Mərkəzə 06 sentyabr 2021-ci ildə daxil olub ,​ 07 sentyabr 2021-ci ildə ,​ məni həmkarlara çıxardıblar və 08.09.2021-ci ildə isə əmək müqavilımə xitam verilib.

Bəs necə olur ki,​ mənim 03.09.2021-ci ildə yazdığım məktub ( poçt vasitəsilə) 06.09.2021-ci ildə Mərkəzə daxil olduğu halda,​ onlar​ "07.09.2021-ci il tarixdə daxil olduğunu" göstəriblər?.
Burada deməli qərəzli mövqeyi nümayiş etdirirlər.
Görünür Akif Əliyev və dəstəsi Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin​ ​ ​ etdiyi saxtakarlığlara şərik olaraq onları müdafiə edir.

Mən 03.09.2021 məzuniyyətimlə bağlı əl ilə də ərizə yazıb Mərkəzə müraciət etmişdim. Amma çox təəssüflər olsun​ əl ilə yazılan ərizəmə baxılmamışdır.

Dövlət Əmək Müfəttişliyinin Masallı rayon ərazi şöbəsinin işçiləri demək olar ki,​ bir fəalliyət göstərmir.​

10 may 1994-cü il tarixli Nazirlər Kabinetinin 185 saylı qərarına əsasən 2-ci qrup əlillər digər işçilərə nisbətən əmək haqlarına aldıqları əmək haqqının 20-25% əlavə olunmalıdır.​ Bu barədə dəfələrlə Mərkəzin əlil işçiləri Əmək Müfəttişliyinə müraciət etsələr də,​ ​ heç bir nəticəsi olmamışdır.

Əmək müfəttişlərinin fəaliyyəti nədən ibarətdir?!.
Əhalininn Əmık Sosial Müdafiə Nazirliyi və Dövlət Əmək müfəttişliyi ümumiyyətlə şikayətlərə baxmır, özlərindən saxta məktublar yazıb mənim üzərimə yollayırlar və deyir məhkəmə ver.
Bu da bir vətəndaş və əlil şəxs kimi mənim konistosiyon hüquqlarımın pozulması deməkdir.

Yaxşı,​ əgər mən məhkəməyə verənəmsə​ o zaman​ əmək müfəttişləri nə üçündür ?​
Bunlar,​ ​ bütün məsuliyyətləri öz üzərlərindən atmaq üçün,​ hər şeyi məhkəməyə yönəldirlər.
Masallı Regional Əmək Müfəttişliyi şöbəsinin rəisi Akif Əliyev mənim üzərimə məktub yollayaraq bildirib ki, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi sənin barəndə nə yazıb, veribsə , biz də ona əsasən yazmışıq. Yəni yazıblar ki, sənin məzuniyyətlə bağlı məktubun 07 sentyabr 2021-ci ildə Mərkəzə daxil olub və biz də ona əsasən belə yazmışıq.

Sual: Deməli əmək müfəttişləri mənim işimi araşdırmayıblar, neçə olur ki, onlar vaxtilə çalışdığım Mərkəzdə mənim barəmdə deməli yoxlama aparmayıblar?!.
Bunların işi nədən ibarətdir.
Yazıblar ki, guya məzuniyyət vaxtım noyabr 2021-ci il tarixdədir.
Sual: Mənim artıq keçən çıxdığım məzuniyət vaxtımdan 10 ay keçmişdir və səhətimin ağır olduğu və əmək məcəlləsinin 133 maddəsinə əsasən məni məzuniyyətə buraxmalıydılar.
Bu, bir vətəndaş və əlil şəxs kimi mənim hüququmdur. Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev məni, konistosiyon hüquqlarımın pozulub məzuniyyətə buraxmadığı üçün Əmək Müfəttişləri bu barədə niyə tədbir görməyib?!

Xahiş edirəm bu yazdığlarım qanuna müvafiq şəkildə araşdırılmasına köməklik göstərərdiniz.








Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.