Nazirliyin meşə təsərrüfatı üzərindı qeyri adi təcrübəsi

14-12-2021, 09:53           
Nazirliyin meşə təsərrüfatı üzərindı qeyri adi təcrübəsi
Nazirlik meşə təsərrüfatının üzərində sınaqlar keçirir. Belə ki, ağacın növünü tanımayan Namiq Xıdırovu, Mehman Səfərovu, Moxuma Heracıyevi Meşə Xidmətinin başına gətirdilər. Sonra da onların ağlını və bacarığını yoxlamaq üçün növbəli şəkildə Meşə xidmətinin rəisi vəzifəsini onlara həvalə etdirlər.
Mehman Səfərovun əliəyri olduğu məlum oldu və onu tez işdən qovdular.
Namiq Xıdırovu dartıb oturtdular kresloda, o da orda otura bilmədi, düşdü yerə. Bir il ərzində hər dəfə Namiq Xıdırovu oturdular kresloya o isə sürüşüb düşdü. Axırda istədilər kresloya bağlasınlar ancaq yenə də əmələ gəlmədi. Qərara gəldilər Namiq Xıdırovu başqa binaya köçürsünlər və orda da yeni kreslo alıb qoysunlar. Ancaq əmələ gəlmədi, kreslo yenə də Namiqin altından qaçdı, qəbul etmədi kreslo bu işbazı.
İndi də rəis vəzifəsi Mohuma Heracıyevə həvalə olunub və ona da tapşırılıb ki, başqa otaqda otursun həm də kreslonu dəyişsin,
Mohuma müəllim də bildirib ki, mən Mehman və Namiq müəllim kimi olmaram, axı mən onlardan xitriyəm.
Elə bir kreslo gətirəcəm ki, məni ordan tankla da dartsanız belə qopara bilməzsiz. Gözləyək görək bu sınaq təcrübəsinin axırı necə olur.
Yəqin ki, Namiq Xıdırovun feysbokda olan çıxışına baxmısız? Əgər bir az diqqətli olsanız görərsiz ki, suallar verilən zaman Namiq müəllimin gözləri sağa-sola qaçır. Bilirsiz niyə ? Ona görə ki, onun hər tərəfində 5, 6 adam kameradan kənar dayanırdı, verilən sualların cavabını böyük həriflərlə böyük kağıza yazıb kənardan ona göstərirlər o yazıq da cavabı hərif-hərif oxuyurmuş.
Görün insan xisləti nəyə qadirdi, vəzifə xəstəliyi və hərisliyi adamı necə bir biyabırçılıqlara atıb.
Adamın ona həm yazığı gəlir həm də gəlmir.
azinfo.tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.