Biznesmen deputatlar, məmurlar... - Ağalar Vəliyev kimi oliqarx-deputatlar dövlət üçün çox təhlükəlidir..

15-12-2021, 07:10           
Ağalar Vəliyevin cavab verməli olduğu mühüm suallar...

Bütün dünyada məmurun, deputatın biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olması birmənalı olaraq qadağandır.
Bu məsələ o qədər ciddidir ki, hətta ölkənin ali qanunlarında da öz əksini tapıb.
Səbəb nədir ?
Çünki məmur, yaxud deputat əlində olan dövlət resursları vasitəsilə öz biznesini çiçəkləndirə, dövlət vəsaitini mənimsəyə bilər. Ona görə də bu kateqoriya şəxslərin binzes fəaliyyətinə qadağa qoyulub. Əgər belə bir hal ortaya çıxarsa, həmin şəxsi birmənalı olaraq cəza gözləyir.
Amma təəssüf ki, ölkəmizdə bu məsələ öz həllini tapmır. Nəinki bu məsələ, hətta adicə gəlirlərin bəyyannaməsi, deklarasiya məsələsi də neçə illərdir ki, öz həllini tapmır.
Bir soruşan yoxdur ki, sən cənab deputat, konkret əmək haqqı ilə bu boyda sərvətə necə nail olmusan ?
Bəlkə, elmi kəşfin olub, onda qoy ortaya.
Bəlkə, xəzinə tapmısan, bəlkə babandan sərvət qalıb, bəlkə...
Bəlkələri saymaqla bitən deyil.
Onu da xüsusi olaraq qeyd edək ki, cəmiyyətdə sahibkarlığın, biznes fəaliyyətinin rolu danılmazdır.
Amma iki stulda oturan, həm məmur-deputat, həm də biznesmen olan şəxslər, yəni oliqarxiya həmişə dövlət və cəmiyyət üçün ciddi təhlükə yaradır. Bunu başa düşmək lazımdır.
Belə oliqarx-biznesmen-deputatlarımızdan biri də Ağalar Vəliyevdir.
Məlumat üçün qeyd edək ki, Ağalar Vəliyev 1986-cı ildən Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Dəmir Beton zavodunun direktoru, 1991-ci ildən Körpü tikinti kombinatının baş direktoru, 1993-cü ildən isə 2 saylı “Yoltəmirtikinti” trestinin rəisi, 1996-1998-ci illərdə isə “Azəraqrartikinti” Dövlət Şirkətinin prezidenti vəzifələrində çalışmışdır.
“Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
Bir soruşan yoxdur ki, dövlətin hazır qurumu olan “Azəraqrartikinti”ni bu adam necə ASC-yə çevirdi ?
Əslində ASC Ağalar Vəliyevin özəl şirkətidir, nə ASC-filan?
Hələ üstəlik Ağalar Vəliyev 97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Bu adam ömründə bircə dəfə də öz gəlirləri ilə bağlı deklarasiya təqdim etməyib.
Bu adam barəsində ölkə mediası biznes imperatoru kimi uzun illərdir ki, yazır.
Bu adam bircə dəfə də olsun, deyilənləri təkzib etməyib.
Bu adamın tikinti biznesindən, göydələnlər ucaltmasından, oğlunun xarici ölkələrdəki mülklərindən və daha nələrdən yazılır. Amma Ağalar Vəliyev susur.
Çox maarqlıdır ki, dövlət qurumları da yazılanları araşdırmır.
Biz də Gündəlik-Bakı olaraq Ağalar Vəliyevə suallar ünvanlayırıq.
1. Ağalar Vəliyev 1992-93-cü illərdə Yol idarəsinin müdiri işləyərkən, Yevlax rayonunda qanunsuz mahlıc əməliyyatında iştirak edibmi ? Ağalar Vəliyevlə pambıq zavodunun həbs olunan direktorunu hansı maraqlar birləşdirib..?
2. Ağalar Vəliyevin keçmiş baş nazir Sürət Hüseynovla hansı qohumluq əlaqələri var ?
3. Ağalar Vəliyevin Milli Məclisin təmirində niyə adı hallanır ?
4. Ağalar Vəliyevin Binəqədidəki dəmir-beton zavoduna direktor qoyduğu Təyyar Yusifov kimdir ?
5. 2003-cü ildə Azərbaycana gətirilən 200000000-luq armaturun məsələsi necə yekunlaşdı ?
Bu sualların sayını kifayət qədər artıra bilərik.
Buyur, cənab biznesmen-deputat Ağalar Vəliyev, suallara cavab ver.
Onsuz da bu gün olmasa da, gec-tez bu və digər vacib suallara cavab verməli olacaqsan.
P.S Sualların cavablarını Ağalar Vəliyevdən gözləyirik.
gundelik baki.com
Teef.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dırc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.