ADAU-nun yeni rəhbəri bu YANLIŞI BURAXARSA... - İLGİNC İDDİALAR...

11-11-2022, 12:18           
ADAU-nun yeni rəhbəri bu YANLIŞI BURAXARSA... - İLGİNC İDDİALAR...
"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun nazir vəzifəsinə təyin olunması cəmiyyətdə çox güclü maraqla qarşılanmışdı.
Ona görə ki, Azərbaycan cəmiyyətində nazirlərin yaşı adətən, 40-60 yaş arası olurdu. İlk dəfə idi ki, bu yaşda gənc nazir təyin olunmuşdu". Bu barədə DİA.AZ-a göndərilən məlqalədə deyilir.

Əvvəli burada: ADAU-da NƏLƏR BAŞ VERİR? - Hər şey İnam Kərimovdan başladı...

Müraciətin davamında deyilir: "Bir sözlə, Zəfər Qurbanov saxta sözlər və saxta vədlərlə vaxt keçirir, belə
şəkildə isə ADAU-un inkişafı haqqında ölkə rəhbərinin qarşıya qoyduğu məsələləri
həll etmək mümkün deyil. Yüksək ixtisaslı, aqrar sahəni dərindən bilən professor-
müəllim heyətinə malik bir universiteti idarə etmək qeyri ixtisas sahibi üçün böyük
çətinliklər törədir.
Mərhum akademik Cəlal Əliyevin dediyi kimi torpaqda yetişib, torpaqda
böyüyən ən azından elmlər doktoru, professorlar bu universitetdə çalışıblar. Ona
görə də aqrar sahəni dərindən bilən mütəxəssslər bu universiteti inkişaf etdirə bilər.
ADAU-da magistr, bakalavr, yüksək ixtisaslı elmlər doktoru, fəlsəfə doktoru
hazırlanırsa, ən azından bu universitetə professorun rəhbərlik etməsi daha
münasibdir.
Seyid Cəfər Pişəvəri adına humanitar gimnaziyanı bitirib fars dili
mütəxəssisi olan, daha sonralar Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq
fakültəsini bitirərək beynəlxalq hüquq üzrə mütəxəssis olan bir şəxs aqrar sahəyə
necə zərbə vurursa, onun yaxın qohumu, neft sənayesi üzrə mütəxəssis olan Zəfər
Qurbanov da ADAU-nu elə məhv edir. Aqrar sahə çox spesifik sahədir, bu sahəni
idarə etmək üçün illərin təcrübəsi lazımdır, yəni akademik Cəlal Əliyevin ifadəsi
ilə desək, idarə edən mütəxəssis “asfaltda yox, torpaqda doğulmalıdır”. Belə
sahədə rəhbər, uzun illər kənd təsərrüfatı sahəsində çalışan professorlar, təcrübəli
mütəxəssislər olmalıdır. Yalnız belə olsa ADAU inkişaf edəcək, əks halda aqrar
sahədən tam xəbərsiz olan Zəfər Qurbanov universiteti tamamilə uçuruma
aparacaq. Bu adam sabiq rektor İbrahim Cəfərovun təyin etdiyi, mətbuatda adı
mənfi mənada hallanan kadrlar haqqında belə lazımi bir tədbir görmək iqtidarında
deyil.
ADAU- da imtahan sessiyası yaxınlaşır. Universitetin bütün tələbələri
neqativ halların qarşısının alınması üçün imtahanların test üsulu ilə keçirilməsini
və qarışıq şəkildə cavabların verilməsini tələb edir. Amma Zəfər Qurbanov deyir
ki, imtahanların hamısını mən yazılı şəkildə keçirəcəm. Bu isə neqativ halların
yaranmasına şərait yaratmaqla tələbələrin narazılığına səbəb olur.
Ümid edirik ki, ölkə rəhbəri bu universiteti İnam Kərimovun aqrar sahədən
tamamilə məlumatsız bir şəxsə həvalə etməsi haqqında ciddi bir tədbir görəcəkdir".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru