Naxçıvanda bu vaxta qədər müəllimlər nazirə və müdirə rüşvət verirdilər, indi isə müdirlər və nazir müəllimlərə rüşvət verirlər.

15-11-2022, 10:04           
Naxçıvanda bu vaxta qədər müəllimlər nazirə və müdirə rüşvət verirdilər, indi isə müdirlər və nazir müəllimlərə rüşvət verirlər.
Naxçıvan Mədəniyyət Nazirliyinin bir əməkdaşı yazır:
"Musiqi məktəblərində müəllimlərə dərs yükündən əlavə dərs yazılırdı. Maaş veriləndə müəllimlər keçdikləri dərs müqabilində halal pulu özlərinə götürür, yerdə qalanını müdirlərə verirdilər. Müdirlər də öz növbəsində həmin vəsaiti Mədəniyyət nazirinə çatdırırdı. Adətən müəllimlərin real dərs yükü 8 saat olurdu. Onlara əlavə 12 saat dərs yazılırdı. Dolayısıyla müəllim keçdiyi dərsdən 1, müdir və nazir isə kabinetdə otura-otura 1.5 qazanırdı.
Son zamanlar Naxçıvanda yoxlamalar başlayanda müfəttişlər musiqi məktəblərindən birinə gedib. Xəbər yayılar-yayılmaz bütün musiqi məktəbləri vəlvələyə düşüb. Müdirlər rəsmən müəllimlərə yalvarırlarmış ki, amanın bir günüdür, sizdən soruşsalar deyin ki, həqiqətən də bu qədər dərs deyirik. Bundan sonra maaşdan əlavəni özünüz alarsınız.
Bir sözlə, Naxçıvanda bu vaxta qədər müəllimlər nazirə və müdirə rüşvət verirdilər, indi isə müdirlər və nazir müəllimlərə rüşvət verirlər. Susmaq xətrinə. Təbii ki, dövlət vəsaitinin hesabına".
Heydər Oğuz
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru