Cəlilabadda ixtisasca zootexnik olan məmur reyestr xidmətində "at oynadır"-VİDEO

23-06-2024, 09:04           
Cəlilabadda ixtisasca zootexnik olan məmur reyestr xidmətində "at oynadır"-VİDEO
Cəlilabad sakini Orxan Aslanov redaksiyamıza şikayəti zamanı Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 8 saylı Ərazi İdarəsinin rəisi Adil Həbiyevin saxtakarlığa yol verdiyini bildirib:

"Masallı şəhərində sahibkarlara, yəni imkanlı təbəqəyə Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsin 8 saylı Ərazi İdarəsinin rəisi Adil Həbiyev tərəfindən reyestrdən elektron çıxarışlar paylanılmışdır. Sual budur, necə olur ki, imkanı olan şəxslərə sənədlər vətəndaş idarəyə gəlmədən aparıb şəxsən Adil Həbiyev tərəfindən ünvanına çatdırılır, lakin kasıb təbəqələrə, şəhid ailələrinə, Qarabağ müharibəsində canını qoymuş qazi qardaşlarımıza heç bir diqqət və qayğı göstərmir. Əksinə kasıb təbəqəyə qan uddurur. Bununla bağlı bir çox sübutlar var.

Növbəti süjetimizdə bütün bunları sübuta yetirərək saxta sənədləri dərc edəcəyik. Növbəti sual bu adama odur ki, nə vaxtdan elektron çıxarış çap olunub vətəndaşa əlbəəl aparılıb ünvanda təqdim olunur?!

Bu savadsız məmur hələ də bilmir ki, Elektron çıxarış icra olunduqdan sonra vətəndaşın şəxsi kabinetinə elektron qaydada yerləşdirilir və məlumat sms vasitəsi ilə vətəndaşın mobil telefon nömrəsinə mesaj şəkilində göndərilir.

Əlavə olaraq bildirmək istəyirik ki, Adil Həbiyevin ali təhsili yoxdur, əldə etdiyimiz məlumata görə o ixtisasca zootexnikdir. Necə olur zootexnik ixtisasina yiyələnən bu adam dövlətin önəmli bir qurumunda hüquqi işlərlə məşğul olur və vətəndaşlara məxsus pay torpaqları ilə bağlı yerquruluşu sənədləri barədə qərarlar alır".

Qeyd edək ki, Həbiyev Adil İgid oğlu Əmlak Məsələləri Dövlət Xidmətində yüksək vəzifədə çalışan İlqar Həbiyevin qardaşıdır.

Daha ətraflı təqdim etdiyimiz süjetdə:
Adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq!
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.