KƏMALƏDDİN HEYDƏROVUN QOHUMU BAHALI AVTOMOBİLİ İLƏ AĞIR QƏZA TÖRƏTDİ, SORĞU-SUAL EDƏN DƏ OLMADI – Zərərçəkən şəxs rəsmi qurumlardan

24-06-2024, 15:44           
KƏMALƏDDİN HEYDƏROVUN QOHUMU BAHALI AVTOMOBİLİ İLƏ AĞIR QƏZA TÖRƏTDİ, SORĞU-SUAL EDƏN DƏ OLMADI – Zərərçəkən şəxs rəsmi qurumlardan
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nəbizadə küçəsi ev 37, manzil 33 ünvanında yaşayan Məmişov Əzəmət Məmiş oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumu 90 AA-900 dövlət nömrə nişanlı, qara rəngli "Lexsus” markalı avtomobili ilə ağır qəza törədərək, hadisə yerindən qaçıb:

“Mən, Məmişov Əzəmət Məmiş oğlu, yazaraq bildirirəm ki, ikinci qrup əliləm, ayağımın biri amputasiya olunub.

Məlumat verim ki, 1 fevral 2023-cü il tarixində 10-MX-3110 dövlət qeydiyyat nişanlı QAZ-31 markalı minik avtomobilimlə Buzovna qəsəbəsi ərazisində qəzaya uğramışam. Maşınımı arxadan 90 AA-900 dövlət nömrə nişanlı, qara rəngli "Lexus” markalı avtomobil vurmuşdur.

Zərbədən avtomobilim yolun kənarına atılmış, özüm də həmin vaxt huşumu itirmiş vəziyyətdə olmuşam.

Ətrafda olan vətəndaşlar dərhal avtomobilimin ön şüşəsini sındıraraq, məni bayıra çıxardıblar, daha sonra DYP-yə məlumat veriblər.

Xəzər rayon Polis İdarəsinin Ruhlan adlı tahqiqatçısı hadisə yerinə gəldi. Eyni zamanda, ağ rəngli 10-TT-100 dövlət nömrə nişanlı avtomobillə başqa bir şəxs də gələrək, qəza törədən "Lexus" avtomobilinin nömrələrini və maşındakı əşyaları götürüb getdi.

Tahqiqatçı məni tibbi dispanserə, avtomobilimi isə "Koroğlu” metrostansiyasının yanında yerləşən duracağa göndərdi.

Hadisədən bir ildən artıq vaxt keçməsinə baxmayaraq, indiyədək mənim taleyimlə maraqlanan yoxdur. Dəfələrlə DİN-in 102 “qaynar xətti” ilə danışıb, məlumat versəm də heç bir tədbir görülmür.

Hazırda səhhətimdə ciddi problemlər baş qaldırıb. Qəzadan sonra digər ayağımın 3 barmağı da amputasiya olundu. Həkimlər deyirlər ki, ayağım kəsilməlidir. Onurğamda da qırıqlar var. Qəzaya səbəb olan şəxs isə ortada yoxdur.

Onu da qeyd edim ki, avtomobili bərpa etmək mümkün olmadı, “metallom”a göndərildi.

Xazar rayon Polis İdarasinin əməkdaşları tərəfindən işimə biganə yanaşılır. Qəza törədən maşının nömrələri söküləndə mən başa düşməliydim ki, belə olacaq.

Əldə etdiyim məlumata görə, hadisəni törədən şəxs Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun qohumudur. Bu səbəbdən, polis ona cinayət işi aça bilmir.

Bu halda mən nə etməliyəm?! Belə qununsuzluğa hansı qanun yol verir?!Belə çıxır ki, mənim də arxamda hansısa vəzifəli şəxs olsa, kiminsə həyatını məhv edə bilərəm?!”

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.