“AXA MBASK” zərərçəkənin pulunu yeyib – Şikayət

28-09-2016, 01:41           
“AXA MBASK” zərərçəkənin pulunu yeyib – Şikayət
Ucarın Nizami küçəsi, ev 12 sakini Azər İsmayılov Ağalı oğlu tərəfindən şikayət məktubu ünvanlanıb. O, "AXA MBASK” ASC sığorta şirkətini saxtakarlıqda ittiham edib: "Avtoqəzaya düşmüş avtomobilimə dəymiş zərərin məbləğinin yarı hissəsini mənimsəyib sığorta pulunu düzgün vermək istəmirlər. Avtoqəza nəticəsində avtomobilimə dəymiş zərərin məbləği 1100 manat təşkil edir ki bunu təsdiq edən sübut var. Ancaq "AXA MBASK" ASC sığorta şirkəti mənə 500 manat sığorta pulu vermiş, sənəddə qəza zamanı yararsız olmuş ehtiyat hissələrinin çoxunun adını qeyd etməyib. Belə ki, hadisə 23 iyul 2016-cı ildə olub. Ucarın H.Əliyev küçəsi ərazisində mənə məxsus 99 DM 061 dövlət nömrə nişanlı "Mersedes BENZ - C 200” markalı avtomobil Rəhimov Zaur Adil oğlu idarə etdiyi 10 DL 686 dövlət nömrə nişanlı "VAZ-2106” markalı avtomobil tərəfindən vurulub”. A.İsmayılov bildirib ki, Zaura məxsus avtomobili sığorta edən "AXA MBASK" ASC sığorta şirkətinin Aran bölgə nümayəndəliyinə zəng etdik: "Şirkətin nümayəndəsi gəlib üzdən avtomobilin əzilmiş şəkilini çəkdi və mənə dəymiş zərərin əvəzi olaraq 500 manat sığorta pulu təklif olundu. Mən avtomobilimi ustalara göstərdikdə dəymiş zərərin 1100 manat olduğunu bildirdilər. Buna görə də zəng edib "AXA MBASK" ASC sığorta şirkətinin nümayəndəliyinə şikayətimi bildirim. Onlar isə dedilər ki, düzgün məbləğ təklif etmişik. Həmçinin bildirdilər ki, avtomobilini gətir, Bakıda biz avtoservizdə təmir etdirək. Ucar rayonundan Bakı şəhərinə məsafə 250 km-dir ki, buna görə mən evuakuatora müəyyən məbləğdə pul ödəməliyəm”. Şikayətçi qeyd edib ki, sığorta şirkəti vətəndaşları aldadıb, onlara düzgün sığorta pulu ödəməyib pullarını mənimsəyir: "Bu cinayət əməlidir. Baş Prokurora, Maliyyə Nazirliyinə və digər orqanlara şikayət ərizələri göndərmişəm. Xahiş edirəm şirkəti barəsində araşdırma aparıb cinayət işi başlayasınız”. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
gundelik-baku












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.