"Eynşteyn Azərbaycanda oxusaydı, ona attestat verməzdilər" - rektor
19-07-2017, 12:28
"Təhsilin ən ali məqsədi insanlara bərabər imkanlar yaratmaqdır".
Bu sözləri Sherg.az-a Azərbaycanda yaxşı və pis oxuyan şagirdlər arasında bərabərlik işarəsinin qoyulmasından danışarkən "Xəzər" univeristteinin rektoru, professor Hamlet İsaxanlı bildirib. O qeyd edib ki, insanlar öz qabiliyyətlərinə görə, fərqli ola bilərlər, fərqli düşünə bilərlər:
"Bu artıq onların özlərindən asılıdır. Amma əsas odur ki onlara bərabər imkanlar yaradılsın. Zəif oxuyanı da ,əlili də, güclü oxuyanı da oxutmaq lazımdır. Oxutmağın da müəyyən taktikaları, qaydaları, yolları var. Məktəblər və predaqoqlar onun üzərində düşünməldirlər ki, zəif oxuyanı yaxşı oxuyanın səviyyəsinə necə çatdırsınlar. Belə düşünürəm ki, dünyada bir nəfər də olsun istedadsız uşaq yoxdur. Sadəcə biri bir şeyi sürətlə, digər isə çox yavaş qavrayır.
Eynşteyn bizim orta məktəblərdə oxusaydı, ona atestat verməzdilər. Çünki o, çox -yavaş düşünən adam olub. Ona test versələr, zəif çıxardı. Bəzi insanların içərisində elə qabiliyyət yatır ki, məktəb , müəllim və valideyn onu ortaya çıxara bilmir. Çünki ona uyğun şərait yaranmayıb. Biri kimyanı çox böyük sürətlə qəbul edir, biri isə onu qəbul edə bilmir, amma çox yaxşı müsiqi duyumu olur. Ona görə, birincisi uşaqların istedadlarını ortaya çıxarmaq lazımdır. Əvvəlcə onu istedadı olan tərəfə yönəltmək gərəkir. Eybi yoxdur,qoy digər fənnləri orta oxusun.
Əlbəttə, ikinci dərəcəli olanlar barədə də təsəvvürün olmalıdır. Ona görə, orta məktəblərin yuxarı siniflərində ixtisaslaşma meyli, cərayanı olmalıdır. Bu, çox mühümdür ki, ədəbiyyatçı olanla, mühəndis olan orta məktəbin son iki ilini eyni proqramla oxumamalıdır. Bu, qəribədir, hətta gülməlidir. Mühəndis riyaziyyat, fizika və kimya bilməlidir, ədəbiyyatçı isə ədəbiyyat bilməlidir. yaxşı yazı yazmağı bacarmalıdır. həyat müşahidələrini yaxşı aparmalıdır. Bu mənada uşaqların qavrama qabiliyyətləri və sahələri fərqli olur. Məktəblər xüsusi çalışmalıdırlar ki, zəif oxuyur dedikləri uşağın hansısa sahədə bacarığını aşkarlasınlar.
Mən universitetdən bilirəm. Bizə bəzən uşaqlar gəlir, görürsən ki, biri 300 balla, digər isə 500 bala qəbul olunub. Elə olub ki, 300 balla qəbul olunan universiteti daha yaxşı nəticələrlə başa vurub. Çünki gəlib orada bir yarış mühitinə düşüb, onun qabiliyyətləri aşkarlanıb, onda həvəs yaranıb. Görüb ki, burada hər kəsə bərabər münasibət var və o da açılışıb, yaxşı oxuyub. Mən belə bilirəm ki, təhsil sistemində və cəmiyyət də azad mühitin olması çox vacibdir".