Putin: "Navalnı zəhəri özü qəsdən qəbul edib"

23-09-2020, 08:55           
Putin:
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bloger Aleksey Navalnın zəhərlənməsi ilə bağlı öz versiyasını səsləndirib.

Teref.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Putin qeyd edib ki, Navalnı “Noviçok” qrupundan olan zəhəri özü qəsdən qəbul edib. Amma Makron Putinin bu versiyasını rədd edib.

Nəşr tərəflər arasında telefon danışığının sentyabrın 14-də Fransa tərəfinin təşəbbüsü ilə baş tutduğunu yazıb. Qəzetin yazdığına görə, Putin Navalnını narahatlıq yaradan insan kimi xarakterizə edib. Onun sözlərinə görə, blogerin yaratdığı korrupsiya ilə mübarizə fondu məmurları şantaj etməklə məşğuldur.Unikal












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru