Zaxarova Lavrovun Qarabağ açıqlamasını təkzib etdi

23-09-2020, 22:23           
Zaxarova Lavrovun Qarabağ açıqlamasını təkzib etdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova nazir Sergey Lavrovun Qarabağ münaqişəsi haqda olan fikirlərinə aydınlıq gətirib.



M.Zaxarova başqa şərhlərə deyil, yalnız rəsmi Moskvanın mövqeyinə diqqət yetirməyə çağırıb.



"Rusiya nazirinin sitatının düzgünlüyünə gəldikdə, bu məlumatı gəldiyi mənbələrə yönəltmək istərdim. Buna görə də, düzünü desəm, bunun üzərində dayanmayacağam”, – Zaxarova qeyd edib.



"Dağlıq Qarabağ nizamlanmasına gəlincə, bu gün Lavrovun Azərbaycan tərəfi ilə görüşü zamanı , Dağlıq Qarabağın status məsələlərinin həlli, habelə ətrafındakı ərazilərin azad edilməsi daxil olmaqla, əvvəllər səsləndirilən əsas həll prinsipləri müzakirə edilib”.



Son olaraq Zaxarova Rusiyanın bu mövzuda mövqeyinin yaxşı bilindiyini bəyan edib.Anews












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru