Paşinyan kürsüsünü qorumağı bacaracaq? - Arestoviç

26-02-2021, 09:34           
Paşinyan kürsüsünü qorumağı bacaracaq? - Arestoviç
Ermənistanda Baş nazir Nikol Paşinyanla Baş Qərargah arasındakı qarşıdurma fonunda yeni inqilab sarsıntısı başlayır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Üçtərəfli Kontakt Qrupundakı rəsmi nümayəndə heyətinin müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.

Onun sözlərinə görə, Ermənistandakı köhnə kremlyönlü elita Qarabağ müharibəsindəki məğlubiyyətin fonunda hakimiyyəti qaytarmaq istəyir.

“Paşinyan Ermənistanda kremlyönlü klanı tam məğlub edə bilməyib və indi onun problemləri yarana bilər. Dövlət daxilindəki iki qüvvə arasında yeni mübarizə mərhələsi başlayır. Amma buna baxmayaraq, Paşinyan və komandası baş nazir kürsüsünü saxlamağı bacaracaq”, - Arestoviç bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru