Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının bərpası haqda

8-04-2021, 09:15           
Putin Azərbaycan və Ermənistan arasında nəqliyyat marşrutlarının bərpası haqda
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qarabağdakı ticarət-iqtisadi əlaqələrin və nəqliyyat yollarının bərpası bölgədə münaqişədən sonrakı yenidənqurmanın və Ermənistanın inkişafının ən vacib hissəsidir.
Virtualaz.org bildirir ki, məlumatı “İnterfaks” yayıb.

“Əlbəttə ki, postmüharibə bərpa prosesinin vacib tərkib hissəsi regionda ticari-iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpasıdır ki, Ermənistan ölkənin inkişafı üçün yeni imkanlar əldə etsin”, - deyə Rusiya lideri Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı bildirib.
Putin həmçinin qeyd edib ki, “Ermənistan iqtisadiyyatına yatırılan bütün kapital qoyuluşlarının 40% - i Rusiya mənşəlidir”.
Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru