Rusiya texnikasının yararsızlığı Ukraynadada üzə çıxır- Politoloq

11-03-2022, 00:00           
Rusiya texnikasının yararsızlığı Ukraynadada üzə çıxır- Politoloq
Rusiya rəsmiləri Qərbin sanksiyalarını və dünyanın tanınmış şirkət və şəbəklərinin Rusiya bazarlarını tərk etməsinin miqyasını görməməyə, bəzən isə lağa qoymağa çalışırlar. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medveyyev Rusiyada bağlanan Amerikanın McDonald’s restoranlar şəbəkəsi haqqında bunu yazıb: “Siz olmadan da keçinərik, bulka və kotletləri Rusiyada da yaxşı bişirirlər”. Rusiyada Mevdevyevin təbirincə desək, bulka və kotleti yaxşı bişirirlərsə, ölkəsində mövcud olan McDonald’sın 850 restoranında niyə növbələr yaranırdı?
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoölu yazır.
Rusiyanın xarici işlər işlər naziri Sergey Lavrov bu gün Antalyada mətbuat konfransında jurnalistlərdən birinin mövzuyla bağlı ona verilən suala cavabda deyib ki, Qərb şirkətləri olmadan da keçinəcəklər. Keçinə bilərsiz və Rusiyanı qapalı ölkəyə də çevirə bilərsiniz, ancaq sadə ruslar bundan xoşhal olmayacaqlar. Çünki keyfiyyətli məhsul istehsal edə bilmirsiniz, ən çox öyündüyünüz sahə hərbi texnikanın istehsalıydı ki, onun da nə gündə olduğunu Ukraynada müşahidə edirik...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru