“Çin hakimiyyəti Rusiyaya qarşı sanksiyalara əməl edir” - Psaki

11-03-2022, 08:24           
“Çin hakimiyyəti Rusiyaya qarşı sanksiyalara əməl edir” - Psaki
Çin hakimiyyəti Rusiyaya münasibətdə sanksiya rejiminə əməl edir.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bəyan edib.

«Anadolu» agentliyinin xəbər verdiyi kimi, BMT TŞ iclasında Pekin anti-Rusiya sanksiyaları səsə qoyulan zaman bitərəf qalıb. Beləliklə, o, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərə qarşı çıxış etməyib.

Bundan əvvəl Psaki xəbərdarlıq etmişdi ki, əgər Çin Qərbin Rusiyaya qarşı sanksiyalarına Ukrayna əməliyyatlarına görə əməl eməsə, o zaman onun bu addımı Birləşmiş Ştatların cavab tədbiri ilə qarşılaşa bilər.

Öz növbəsində, ABŞ ticarət naziri Cina Raymondo Çin şirkətlərini sərt cəzalandırmaqla hədələyib - əgər onlar Rusiya şirkətləri ilə tammiqyaslı ticarət apararlarsa.

Eyni zamanda, ÇXR XİN rəsmi nümayəndəsi Çjao Litszyan bəyan edib ki, Çin ABŞ-ın Ukraynaya görə tətbiq etdiyi sanksiyalara sərt reaksiya verir. «Mən, qeyd etmək istəyirəm ki, sanksiyalar Ukrayna məsələsinin həllinə kömək etmir. Zaman çoxdan göstərib ki, sanksiyalar nəinki problemləri həll etmir, əksinə yeni problemlər yaradır ki, bu da qarşılıqlı itkiyə səbəb olur, amma siyasi tənzimləmə prosesinə mane olur» - diplomat deyib.

AzPolitika.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.