Britaniya Ukraynadan olan qaçqınlar üçün vizaların alınması prosedurunu sadələşdirir

11-03-2022, 09:54           
Britaniya Ukraynadan olan qaçqınlar üçün vizaların alınması prosedurunu sadələşdirir
Britaniyanın daxili işlər naziri Priti Patel bildirib ki, gələn həftədən etibarən pasportu olan ukraynalıların Böyük Britaniyaya səfər etməzdən əvvəl viza müraciəti mərkəzinə getməsinə ehtiyac qalmayacaq.

"Pasportu olan ukraynalılar harada olurlarsa olsunlar, tamamilə onlayn olaraq buraya daxil olmaq üçün icazə ala və biometrik məlumatlarını artıq Böyük Britaniyada təhvil verə biləcəklər” deyə nazir qeyd edib.

Patel vurğulayıb ki, Böyük Britaniyaya daxil olan ukraynalılar üçün təhlükəsizlik yoxlamaları da davam edəcək.

Daxili İşlər naziri əlavə edib ki, mövcud problemin həllində onun iki əsas məqsədi var: Britaniya xalqının təhlükəsizliyini təmin etmək və ukraynalılara yardımçı olmaq üçün əlindən gələni etmək.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru