İsveç Ukraynaya əlavə hərbi texnika verə bilər

11-03-2022, 08:35           
İsveç Ukraynaya əlavə hərbi texnika verə bilər
İsveçin Baş naziri Maqdalena Andersson Ukraynaya əlavə hərbi texnikanın çatdırılmasını istisna etmir.

"Report" TASS-a istinadən xəbər verir ki, Baş nazir bu barədə Avropa İttifaqı dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitindən əvvəl jurnalistlərə bildirib.

“Biz Ukraynanı hər cür dəstəkləməyə davam edəcəyik və əlavə hərbi materialların göndəriləcəyini istisna etmirəm", - Andersson qeyd edib.

İsveç hökuməti bundan əvvəl Ukraynaya 135 min səhra payı, 5 min dəbilqə, 5 min zireh və tank əleyhinə qumbaraatan göndərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru