Səfir: "İranla mümkün razılaşma İsrailin özünümüdafiəsinə təsir etməyəcək"

1-04-2022, 10:55           
Səfir: "İranla mümkün razılaşma İsrailin özünümüdafiəsinə təsir etməyəcək"
“İranla nüvə məsələsi ilə bağlı mümkün razılaşma İsrail üçün heç bir məhdudiyyət yaratmayacaq”.

“Report” xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yonit Levi ölkəsinin İTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İsrail imzalana biləcək razılaşmanı əhəmiyyətsiz sayır və öz maraqlarını müdafiə etmək üçün fəaliyyətini davam etdirəcək: “İsrail vətəndaşlarını müdafiə etmək üçün istədiyi kimi fəaliyyət göstərəcək”.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays İranın nüvə məsələsi ilə bağlı imzalanacaq mümkün razılaşma ilə bağlı İsraillə ABŞ arasında fikir ayrılığı ilə bağlı sualı belə cavablandırıb: “İran məsələsi ABŞ-la İsrail arasında strateji deyil, taktiki məsələdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru