Ukrayna Təhlükəsizlik Xidməti “The Times”in xəbərini təkzib etdi - YENİLƏNİB

2-04-2022, 08:53           
Ukrayna Təhlükəsizlik Xidməti “The Times”in xəbərini təkzib etdi - YENİLƏNİB
Ukrayna Təhlükəsizlik Xidməti dünyanın bir sıra nüfuzlu mətbuat yayımlarında guya Çinin Rusiyanın başlatdığı müharibədə dolayısı yolla iştirak etməsinə dair yayılan xəbərlərləri təkzib edib.

Belə ki, Dövlət Xidməti Çinin kiberhücumlarına dair heç bir quruma məlumat verilmədiyini açıqlayıb.

Xidmət həmçinin bəyan edib ki, bu qurumun, həmçinin onun əməkdaşlarının “The Times” nəşri ilə heç bir təması olmayıb onlara hər hansı məlumatın ötürülməsi mümkün deyil.

00:24

Rəsmi Kiyev ehtimal edir ki, Çin Rusiyanın başlatdığı müharibədə dolayı yolla iştirakı var.

Mənbə Ukrayna kəşfiyyatının məlumatlarına əsasən iddia edir ki, Çin Ukraynadakı hərbi və nüvə obyektlərinə irimiqyaslı kiberhücumlar təşkil edib.

Kiber hücuma Ukraynanın Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ukrayna Milli Bankı, dəmir yolları xidməti və ölkənin 600-dən çox internet saytı məruz qalıb.

Məlumatda həmçinin qeyd olunur ki, haker hücum cəhdiləri 2022-ci il Olimpiadası başa çatmamış başlayıb və fevralın 23-də - müharibənin başlanmasına bir gün qalmış öz pik həddinə çatıb.

Mənbə: The Times












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.