Rusiyanın Ukraynada yeni planı - Sakitcə işğal edəcəklər…

2-04-2022, 20:49           
Rusiyanın Ukraynada yeni planı -
Ukrayna Prezident Aparatının müşaviri, həmçinin danışıqlarda nümayəndə heyətinin üzvü Mixail Podolyak Rusiyanın geri çəkilmə prosesi ilə bağlı açıqlamalar verib.

O deyib ki, Rusiya Ukraynanın cənub və şərq vilayətləri istisna olmaqla, digər bölgələrdən geri çəkilir: “Sonra sakitcə işğal edəcəklər, hava hücumundan müdafiə sistemi quracaqlar, itkilərini azaldıb öz şərtlərini diktə edəcəklər. Rusları oradan kənara çıxarmaq istəyiriksə ağır silahlar olmadan bu mümkün olmayacaq”.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu (ISW) analitik mərkəzi də bəyan edib ki, Rusiyanın Ukraynanın şimalından çəkilməsindən sonra Moskvanın yeni hərbi strategiyası şərqə yönəlməkdir.

"Kreml Ukraynanın şərqindəki əməliyyatlara yeni hərbi qüvvələr yönəltməyə davam edəcək, lakin deqradasiyaya uğramış qüvvələrin genişmiqyaslı hücumlar və uğurlu əməliyyatlar həyata keçirməsi ehtimalı azdır", - İnstitutun təhlilində deyilir.
Mənbə: Bakixeber.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru