NATO hərbi gəmilərini ən müasir sualtı rabitə sistemləri ilə təchiz edəcək

26-02-2023, 09:57           
NATO hərbi gəmilərini ən müasir sualtı rabitə sistemləri ilə təchiz edəcək
NATO hərbi gəmilərini ən müasir sualtı rabitə sistemləri ilə təchiz edəcək.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, Avropanın gəmi istehsalçıları ən son “BlackFish HMS” sistemləri və “WhitePointer UC” sualtı rabitə sistemlərini quraşdıracaqlar.

Sistem sintezləşdirilmiş yüksək ötürücüdən ibarətdir, 30-a qədər müxtəlif tezlikdən istifadə etmək üçün proqramlaşdırıla bilən çoxsaylı istifadəçi ilə sualtı rabitə şəbəkələrini dəstəkləyir.

“BlackFish HMS” dənizdə sualtı qayıqlara qarşı əməliyyatlarda iştirak edən orta və böyük gəmilərin müdafiəsi üçün nəzərdə tutulmuş orta tezlikli sistemdir.

“WhitePointer” sualtı rabitə sistemi isə istənilən kombinasiyada gəmilər və sualtı qayıqlar üçün səs və məlumat ötürməyə qadirdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru