“Heineken” Rusiya bazarını tərk edir: “Çox çətin şəraitdə çalışırıq”
26-02-2023, 10:54
Niderlandın “Heineken” pivə şirkəti 2023-cü ilin birinci yarısında Rusiya bazarını tərk edərək ölkədəki biznesini satmaq niyyətindədir.
“Report” bu barədə “Reuters”ə istinadən xəbər verir.
"Biz çox çətin şəraitdə və şirkətə əhəmiyyətli maliyyə itkisi ilə işimizi etibarlı bir alıcıya köçürmək üçün səylə çalışırıq", - “Heineken” şirkətinin açıqlamasında deyilir.
Xatırladaq ki, ötən ilin martında konsern Rusiya Federasiyasında pivə ixracının və investisiya layihələrinin dayandırıldığını bəyan edib.
Şirkət həmçinin bildirib ki, 2023-cü ilin ilk yarısında satışdan 300 milyon avro itki gözləyir.