Finlandiyanın Baş naziri: “Ukrayna Qərbin köməyi ilə qalib gələcək”

26-02-2023, 11:39           
Finlandiyanın Baş naziri:
“Ukrayna Qərbin köməyi ilə qalib gələcək. Ölkənin Avropa İttifaqı və NATO-da parlaq gələcəyi var, çünki Kiyev, islahatlara hazırdır”.

“Report” xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin bəyan edib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin və hərbi cinayətləri törədən digər şəxslər məsuliyyətə cəlb olunacaqlar:

“Rusiya bu müharibəni uduzacaq. Bunun məsuliyyəti yalnız Rusiyanın üzərinə düşür. Rusiyada hər gün dinc sakinlər qəsdən öldürülür. Uşaqlar kütləvi şəkildə Rusiyaya deportasiya edilir. Bütün bu hərəkətlərə görə, məsul şəxs də cəzalandırılmalıdır. Rusiya rəhbərliyi, Putin də bundan yaxasını kənara çəkə bilməyəcək”.

O, həmçinin vurğulayıb ki, Rusiya qoşunlarını çıxarsa, Ukraynadakı müharibə başa çatacaq.

“Müharibə dondurulmuş münaqişəyə çevrilməməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru