Ermənilər ABŞ-də Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar - YENİLƏNİB + FOTO

27-02-2023, 08:27           
Ermənilər ABŞ-də Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar - YENİLƏNİB + FOTO
Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Twitter”də yazıb.

“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - diplomat qeyd edib.


00:48

Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında Xocalıda lentə alınmış fotoların və eləcə də faciə haqqında faktların yer aldığı plakatlar nümayiş etdirilib.

“Report” xəbər verir ki, amerikan ictimaiyyətini məlumatlandırmaq məqsədilə sərgilənən plakatlarda Xocalı dəhşətlərini əks etdirən fotolar da təqdim olunub.

Nümayiş olunan plakatlarda səfirliyin ABŞ Konqres kitabxanasında topladığı qəzetlərdə və dünya mətbuatında yayımlanan materiallar da əks olunub.

Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar vasitəsilə Xocalıda 31 il öncə baş verənlər haqqında bilgiləniblər.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru