Baş nazirin axtarışa verilməsinə Moskvadan reaksiya: Başlanğıcdır

13-02-2024, 19:14           
Baş nazirin axtarışa verilməsinə Moskvadan reaksiya: Başlanğıcdır
Estoniyanın baş naziri Kaja Kallasın axtarışa verilməsi yalnız başlanğıcdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova özünün Telegram kanalında məlumat verib.

"Dünyanı nasizmdən və faşizmdən azad edənlərə qarşı cinayət törədənlər cavab verməlidirlər! Bu hələ başlanğıcdır", - rusiyalı diplomat öz Telegram kanalında yazıb.

Yada salaq ki, çərşənbə axşamı Rusiya Daxili İşlər Nazirliyi Estoniyanın baş naziri Kay Kallas və ölkənin dövlət katibi Taymar Peterkopu sovet əsgərlərinə həsr olunmuş abidələrin dağıdılmasına görə axtarışa verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru