Sırski Ukrayna Silahlı Qüvvələrinin müdafiəyə keçdiyini açıqlayıb

14-02-2024, 12:54           
Sırski Ukrayna Silahlı Qüvvələrinin müdafiəyə keçdiyini açıqlayıb
Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələri ilə təmas xəttində hücum əməliyyatları keçirmək cəhdlərindən müdafiəyə keçib.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ZDF alman telekanalına müsahibəsində deyib.

Sırski hazırda cəbhədəki vəziyyəti ağır adlandırıb. “Biz hücum əməliyyatından müdafiə əməliyyatına keçdik”, - deyə o qeyd edib.

O əlavə edib ki, Kiyev üçün müharibənin son məqsədi 1991-ci il sərhədlərinə çatmaqdır. Hərbçinin fikrincə, bunun üçün Ukrayna birləşməli və öz silah istehsalını artırmalıdır.

Bundan əlavə, Sırski etiraf edib ki, Ukrayna ordusu ciddi sursat və hərbi texnika çatışmazlığı ilə üzləşib.

Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı vəzifəsindən uzaqlaşdıraraq bu vəzifəyə əvvəllər Quru Qoşunlarının komandanı olmuş Aleksandr Sırskini təyin edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru