Azərbaycan Ermənistanın da iştirak etdiyi hərbi-vətənpərvərlik layihəsinə qoşuldu – KİV

14-02-2024, 18:06           
Azərbaycan Ermənistanın da iştirak etdiyi hərbi-vətənpərvərlik layihəsinə qoşuldu – KİV
Azərbaycan “Yaddaş qatarı” hərbi-vətənpərvərlik layihəsinə qoşulub.
Yeniavaz.com “Belarus Today” nəşrinə istinadla xəbər verir ki, bu barədə Belarus Parlamentinin Respublika Şurasının (yuxarı palata) sədri Natalya Koçanova məlumat verib.
“Layihədə Rusiya və Belarusdan olan uşaqlarla yanaşı, keçən il olduğu kimi Qırğızıstan, Ermənistandan olan da uşaqlar olacaq. Azərbaycan da artıq bizə qoşulub. Bundan başqa, Qazaxıstan və Özbəkistan məsələsi üzərində də iş gedir”, - şura sədri deyib.
2023-cü il iyunun ortalarında Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev “Yaddaş qatarı” layihəsinin təşkilatçılarının Sovet İttifaqının dağılmasından sonra formalaşan 15 ölkədən, o cümlədən Gürcüstan və Ukrayna və Baltikyanı ölkələrdən gəncləri dəvət etmək niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, “Yaddaş qatarı” layihəsi ilk dəfə 2022-ci ildə Rusiya və Belarus parlamentlərinin yuxarı palatalarının himayəsi altında “Rusiya Dəmir Yolları” ilə birgə həyata keçirilib. 2023-cü ildə aksiyada Rusiyadan 90, Belarusdan 70 məktəbli, bundan əlavə, Ermənistan və Qırğızıstanın hər birindən 20 məktəbli iştirak edib.
İyunun 22-dən iyulun 6-dək Belarus və Rusiya ərazisini gəzən qatarın marşrutu boyunca yerləşən şəhərlərdə Böyük Vətən Müharibəsi və iki ölkənin tarixinin digər mühüm hadisələri ilə bağlı xatirə tədbirləri keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.