Quterreş İsrail və HƏMAS-a çağırış edib

12-03-2024, 10:54           
Quterreş İsrail və HƏMAS-a çağırış edib
BMT Baş katibi Antonio Quterreş Ramazan ayının başlaması ilə bağlı İsrail və HƏMAS-a çağırış edib.

"Cebhe.info" xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Bu gün Ramazan ayının başlanmasına baxmayaraq, Qəzzada qan tökülməkdə davam edir. Müraciətimin məqsədi silahları susdurmaqla və xilasedici yardımın çatdırılmasına mane olan bütün amilləri aradan qaldırmaqla müqəddəs ayın ruhuna hörmət etməkdir”, - o bildirib.

A.Quterreş bütün girovların dərhal azad edilməsi ilə bağlı çağırışını təkrarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru