“Məqsəd seçkiyə müdaxilə etməkdir” - Putin sərhəddəki bölgələrə hücumları şərh etdi

13-03-2024, 11:02           
“Məqsəd seçkiyə müdaxilə etməkdir” -
Məlum olduğu kimi, son günlər özlərini Rusiya könüllü hərbi birləşmələri kimi təqdim edən silahlı qruplar Rusiyanın Ukrayna ilə həmsərhəd vilayətlərinə hücumlar təşkil edirlər.

“AzPolitika” xəbər verir ki, Vladimir Putin “Roosiya-1” telekanalına müsahibəsində bu məsələyə toxunub.

O, deyib ki, Ukrayna bu həftənin sonunda Rusiyada keçiriləcək prezident seçkilərinə “müdaxilə etmək” üçün Rusiyanın regionlarına hücum etməyə çalışır.

Onun sözlərinə görə, hücumların səbəbi həmçinin, danışıqlar prosesində “kozır almaq” istəyi də ola bilər: “Əsas məqsəd, buna heç bir şübhəm yoxdur ki, Rusiyada keçiriləcək prezident seçkilərini pozmasa da, heç olmasa vətəndaşların iradəsini ifadə etmə prosesinə hansısa formada müdaxilə etməkdir. İkincisi, bu, informasiya effektidir”.

Putin hesab edir ki, daha bir səbəb danışıqlarda üstünlük əldə etmək cəhdi ola bilər: “Üçüncü, əgər heç olmasa nəsə alınarsa, gələcək mümkün danışıqlar prosesində hansısa şans, arqument, hansısa kozır əldə etmək olar – “yaxşı, biz bunu sizə qaytaracağıq, siz isə bunu bizə qaytarın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.