QAT aksiya keçirdi: erməni bayrağı yandırıldı
10-06-2015, 12:59

Qarabağ Azadlıq Təşkilatı Birinci Avropa Oyunları çərçivəsində digər ölkələrlə yanaşı Ermənistan bayrağının da Bakıda qaldırılmasına, erməni idmançılarının Bakıya gözlənilən səfərlərinə qarşı etiraz aksiyası keçirib.
TəşkilatdanTia.az-a verilən məlumata görə, aksiya iştirakçıları hesab edirlər ki, erməni bayrağının Bakıda qaldırılması bütün Azərbaycana, şəhidlərin ruhuna təhqirdir. Erməni bayrağı dərhal endirilməli və məhv edilməlidir.
Aksiyada xüsusi olaraq vurğulanıb ki, heç bir beynəlxalq hüquq, beynəlxalq təşkilat qarşısında götürülən öhdəlik erməni idmançılarının Bakıya gəlməsi üçün əsas ola bilməz. Bu gələnlər idmançı deyil, terrorçu, işğalçı Ermğnistan rejiminin nümayəndələri, işğal və terror təbliğatçılarıdırlar.
Aksiya iştirakçıları "Erməni! Sən idmançı deyilsən! Sən işğalçısan, terrorçusan! Rədd ol!" yazılmış plakatlar qaldıraraq, şüarlar səsləndirilib, Serj Sərkisyan, Seyran Ohanyan, Bako Saakyan, Levon Ter- Petrosyan, Robert Koçaryan kimi hərbi canilərin, uşaq qatillərinin şəkillərini, Ermənistan bayrağını əvvəlcə ayaqlar altına atıb, sonra yandırıblar.
Qarabağ Azadlıq Təşkilatı bu aksiya ilə bütün Azərbaycan cəmiyyətinə müraciət edib, hər yerdə erməni hərbi canilərinin şəkillərinin, erməni bayraqlarının yandırılmasına çağırıb.