Davosda Mikayıl Cabbarovla görüşən TikTok rəsmiləri indi də İqtisadiyyat Nazirliyində olublar

4-03-2024, 07:36           
Davosda Mikayıl Cabbarovla görüşən TikTok rəsmiləri indi də İqtisadiyyat Nazirliyində olublar
Gözlənildiyi kimi TikTok rəsmiləri İqtisadiyyat Nazirliyində olublar.
Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Güman ki görüşdə DVX nümayəndələri də iştirak edib.
İnanmaq olar ki, TikTok rəsmiləri artıq ölkəni tərk edəndə VÖEN alıb gedəcəklər ?
Xatırladıram ki, hökumət ötən ilin sonunda ölkəmizdə internet üzərindən xidmət göstərən, elektron ticarətlə məşğul olan qlobal xarici şirkətləri də vergiyə cəlb etməyi nəzərdə tutan yeni Qaydaları təsdiqləyib.
Bu Qaydalara görə adı çəkilən şirkətlər DVX-nin elektron platformasında vergi uçotuna düşməlidirlər.
Qonşu ölkələrdə “Google vergisi” adalan bu sistem xeyli öncədən aktivdir. Bu ölkələrdə qlobal şirkətlərdən milyonlarla vergi toplanır.
Bizdə isə indiyədək bu vergi vətəndaşardan tutulurdu.
Gözləmək olar ki, yeni qaydalar qüvvəyə minəndən və qlobal şirkətlər vergi uçotuna alınandan sonra qlobal xidmətlərdən istifadə ilə bağlı vətəndaşlarımızdan bu vergilər tutulmayacaq.
Yeri gəmişkən, xatırladıram ki, nazir Mikayıl Cabbarov bir müddət öncə Davosda "TikTok"un vitse-prezidenti ilə görüşmüşdü.
Düşünmək olar ki, elə Davosda TikTok –un həm də vergi ödəyicisi olması müzakirə predmeti olub.
Xeyli gecikmiş olsa da hökumətin bu istiqamətdə addımları doğru yanaşmadır və məntiqlidir.
Osman Gunduz
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru