Emin Əmirullayev “Fərid” firması ilə yenə anlaşdı: bu dəfə 6.6 milyona
4-11-2024, 15:06
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təhcizat İdarəsi bir ayın içində eyni firma ilə ikinci dəfə satınalma müqaviləsi bağlayıb. Tribunainfo.az xəbər verir ki, söhbət “Fərid” firmasından gedir.
Belə ki, respublikanın bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalmasını həyata keçirəcək “Fərid” firmasın bunun üçün Təhsil Nazirliyindən 6.632.749,1 manat pul alacaq.
Xatırladaq ki, oktryabrın əvvəlində də TN “Fərid” firması ilə satınalma müqaviləsi bağlayıb. Oktyabrın 8-də bağlanan həmin müqavilənin dəyəri isə 7.255.232,45 manat olub. Həmin tenderə əsasən firma ölkənin bir sıra məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasını həyata keçirəcək.
Qeyd edək ki, “Fərid” dirması Təhsizl Nazilriyinə yad şirkət deyil. Çünki Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən ilin dekabrıda da “Respublikanın bir sıra təhsil müəssisələrinin təmiri, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınması” prosesini həmin firma ilə həyata keçirib. Həmin vaxt şirkətlə 1 826 877 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, Fərid İnşaat Firması 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Sübhan Həsənov Ələsgər oğludur. Hüquqi ünvanı AZ0900, Bərdə Rayonu, Bərdə Şəhəri, Nizami, ev 6/33 ünvanında yerləşir.