Paşinyan deputatlara xəbərdarlıq edib: - Rusiya ilə bağlı məsələdə...
Bu gün, 15:21
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Assambleyanın payız sessiyası öncəsi hakim “Mülki müqavilə” partiyası fraksiyasının rəhbəri Hayk Konjoryan vasitəsilə deputatlara yeni göstərişlər verib – az danışın və çox işləyin, həmçinin xüsusi xəbərdarlıq edib ki, hər kəs Rusiya mövzularında danışmaq hüququna sahib olmamalıdır.
Publika.az xəbər verir ki, bu barədə “İravunk” qəzeti yazıb:
“Paşinyan həmçinin bütün ermənilərin katolikosu haqqında danışmamaq, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi elçisi Ruben Rubinyanın göstərişlərinə diqqətlə qulaq asmaq göstərişi verib və iki yeni deputatı bir daha ağızlarını açmamağa çağırıb”, - nəşr qeyd edir.