Ağstafa qazçıları kəndçini "qaz"laya bilmədilər - Xətai məhkəməsi əsassız tələbi rədd etdi
30-01-2018, 09:48
Hakim Fuad Məmmədovun sədrliyi ilə Xətai rayon Məhkəməsi Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərini rədd etdi. Mediaxeberleri.az xəbər verir ki, borclanan, belə demək mümkünsə kasıb və məzlum bir kənd sakininə qarşı irəli sürülən absurd tələbi oxuduqda belə məlum olur ki, bu rayonda nəğd hesablaşma qaydasında ödənilən, o cümlədən kommersiya strukturlarına satılan maye qazın dəyəri mənimsənilir, sonda da abonentlərin "ayağına" yazılmaqla ört-basdır edilir. Azəriqaz İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Ağstafa Texniki Sahəsi tərəfindən əsassız 475.20 manat məbləğində yazılan cəriməni və 91.21 manat sayğac dəyərini ödəmək imkanı olmayan müharibə veteranı, mərhum Qurbanov Məcid Avdıl oğlunun həyat yoldaşına yaradılan problem Xətai rayon Məhkəməsi tərəfindən həllini tapdı. Məlumatı müharibə veteranı, mərhum Qurbanov Məcidin oğlu, xəbər verib.