Azərbaycanlı ailənin uşağını alıb Norveç ailəsinə verdilər - ŞOK SƏBƏB

30-01-2018, 13:48           
Azərbaycanlı ailənin uşağını alıb Norveç ailəsinə verdilər - ŞOK SƏBƏB
Norveç Uşaq Evi azərbaycanlı ailənin uşağını əllərindən alıb. TEREF.İNFO xəbər verir ki, Norveçdə yaşayan Azərbaycan vətəndaşı Yusif Əsgərov bununla bağlı Metbuat.az-a müraciət edib. Azərbaycanlı ata bildirib ki, Norveç Uşaq Evi bir neçə gün öncə övladını əlindən alıb və uşağın norveçli bir ailəyə veriləcəyini bildirib. Buna səbəb kimi atanın uşaqla göz kontaktının olmaması və uşaqla davranışında qəfil hərəkətlər etdiyi iddia edilib. Yusif Əsgərov baş verənlərlə bağlı Azərbaycanın Norveçdəki Səfirliyinə müraciət etsə də, cəhdi uğursuz alınıb. Azərbaycanlı iddia edir ki, səfirlik problemlə bağlı ona kömək edə biməyəcəyini açıqlayıb.

Həyat yoldaşı həm Norveç, həm də Rusiya vətəndaşı olduğu üçün ailə Rusiya səfirliyinə də müraciət edib. Hətta Rusiya telekanalları ailənin başına gələn hadisəni işqlandırıblar.

İndi Azərbaycanlı ata övladının ona geri qaytarılması üçün dövlət qurumlarından kömək istəyir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru