Türkiyədə dollar bahalaşdı

18-06-2020, 11:34           
Türkiyədə dollar bahalaşdı
Türkiyədə dollar və avro yenidən bahalaşıb.

Bir müddət əvvəl gündəlik olaraq müəyyən qədər lirə dəyər qazansa da, sonradan yenidən ucuzlaşma tendensiyası başlayıb.

Cebhe.info Türkiyə birjasına istinadən xəbər verir ki, hazırda 1 dollar 6.85 lirəyə mübadilə olunur. Bu isə 0.27 faiz bahalaşma deməkdir. Avronun məzənnəsi isə 0.19 faiz bahalaşaraq 7.71 lirəyə çatıb. Qızılın qiymətində isə müəyyən sabitləşmə hiss olunur. Artıq 3 gündür ki, qızılın 1 unsiyası 1725 dollara təklif olunur.

Qeyd edək ki, Azərbaycan manat dollar qarşısındakı sabitliyini hələ də qoruyur. Artıq 2 ilə yaxındır ki, 1 dollar 1.70 manat dəyərindədir. Avro-manat münasibətlərində isə cüzi dəyişikliklər müşahidə olunur. Hazırda 1 avro 1.9134 manatdır. Ötən gün isə bu avronun məzənnəsi 1.9161 manat idi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru