Liviyaya silah daşıyan gəmiyə müdaxilə oldu, Türkiyə Fransa gəmisini hədəf aldı “son dərəcə aqressiv hərəkət...”

19-06-2020, 00:00           
Liviyaya silah daşıyan gəmiyə müdaxilə oldu,
Fransanın Müdafiə Nazirliyi iyunun 17-də Türkiyənin hərbi gəmilərinin Fransanın NATO missiyasında olan hərbi gəmisinə qarşı “son dərəcə aqressiv” hərəkətlərini pisləyib. France24 telekanalı bildirir ki, Türkiyə bu ittihamları rədd edib.

Xəbərdə deyilir ki, fransalı dənizçilər BMT embarqosunu pozaraq Liviyaya silah daşımasından şübhələndikləri bir gəminin yükünü yoxlamağa çalışırdılar. Bu zaman Türkiyə hərbi gəmilərinin Fransa gəmisini radar tuşlaması ilə üç dəfə nişan aldıqları məlum olub.

Fransa nazirliyinin adının çəkilməsini istəməyən rəsmisinin dediyinə görə bu, Türkiyə gəmilərinin atəş açmaq niyyətində olduqlarını göstərirdi:

"Müttəfiq gəmisi tərəfindən NATO gəmisinə qarşı bu son dərəcə aqressiv akt qəbuledilməzdir. Biz bunu son dərəcə ciddi insident hesab edirik. Biz bir müttəfiqin bu cür davranışını, NATO komandanlığı altında NATO missiyasını həyata keçirən bir NATO gəmisinə qarşı belə hərəkətini qəbul edə bilmərik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.