Türkiyə XİN sözcüsü: “Rəsmi İraqın PKK ilə mübarizəmizə dəstək olacağına ümid edirik”

19-06-2020, 00:14           
Türkiyə XİN sözcüsü: “Rəsmi İraqın PKK ilə mübarizəmizə dəstək olacağına ümid edirik”
Türkiyə Silahlı Qüvvələrinin (TSQ) İraqın şimalında terrorçulara qarşı apardığı əməliyyatlar Türkiyənin milli təhlükəsizliyini qorumağa xidmət edir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözcüsü Hami Aksoy bildirib.

Diplomat deyib ki, TSQ-nin “Pəncə-Qartal” və “Pəncə Pələng” hərəkatları həm də İraqın ərazi bütövlüyü və suverenliyini təhlükə altında qoyan PKK terror təşkilatını hədəfə alır: “Bu məsələlər Bağdaddakı səfirimiz tərəfindən rəsmi İraqa çatdırılıb. Ümid edirik ki, qonşu İraq PKK ilə mübarizəmizdə Türkiyəyə dəstək olacaq” .

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında iyunun 14-dən “Pəncə Qartal” hərəkatı ilə havadan, iyunun 17-dən isə “Pənc Pələng” əməliyyatı ilə qurudan hücumlarla PKK terror təşkilatı ilə mübarizəyə başlayıb.

İraq hökuməti bu gün Türkiyənin Bağdaddakı səfirini çağıraraq TSQ-nin əməliyyatlarına etirazını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru