Ərdoğan açıqladı: Türkiyə ən böyüklər arasında...

20-06-2020, 20:16           
Ərdoğan açıqladı:
Türkiyə inkişaf etdikcə ona qarşı hücumlar artdı.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfransla qatıldığı Qars anbarının açılışında deyib.

O bildirib ki, cari ilik ilk rübündə COVİD-19-la mübarizəyə baxmayaraq iqtsadiyyatımız 4.5 faiz artıb:

“Pandemiya olmasaydı, iqtisadiyyatımız daha da inkişaf edərdi. Şükürlər olsun ki, hər hücumdan güclənərək çıxmağı bacardıq”.

Ərdoğan qeyd edib ki, hazırda Türkiyə iqtisadiyyatının bərpası ürəkaçandır:

“Mərkəzi Bankda valyuta ehtiyatımız 93 milyard dolları keçib.

Bir neçə ölkə ilə pul mübadiləsi barədə danışıqlar aparırıq. Beləliklə, türk lirəsini dünyada vacib valyutaya çeviririk.

Eyni zamanda, Türkiyəni dünyanın ən böyük 10 iqtisadiyyatı arasına daxil etməyə çox yaxınıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru