Türkiyədə dəhşətli qəza - 6 ölü, 32 yaralı var - VİDEO
7-05-2023, 00:20
Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib, ilkin məlumata görə, altı nəfər ölüb, 30-dan çox yaralı var. Bakupost.az xəbər verir ki, ümumilikdə qəza zamanı 12 avtomobilə ziyan dəyib. Qəzadan sonra yük maşınında baş verən yanğın söndürülüb. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 32 nəfər yaralanıb. Əraziyə xilasedicilər və tibb işçiləri cəlb edilib.