Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb

8-05-2023, 10:14           
Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb
Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb
Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük İstanbul Tuneli layihəsinin həyata keçirildiyini açıqlayıb.
“Report” xəbər verir ki, bunu dövlət başçısı bazar günü İstanbulda keçirilən kütləvi mitinqdə deyib.

“Biz Böyük İstanbul Tuneli layihəsini həyata keçiririk. Bu layihə Marmaray və Avrasiya tunelindən sonra İstanbul boğazının altından keçəcək üçüncü tunel olacaq”, - Ərdoğan bildirib.

Prezident qeyd edib ki, Böyük İstanbul tuneli meqapolisin 11 müxtəlif dəmir yolu xəttini birləşdirəcək.

Onun sözlərinə görə, bundan hər il 6,5 milyon insan istifadə edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru