Rusiya kəşfiyyatı Ərdoğan əleyhinə təxribat törədib? - TƏFƏRRÜAT

9-05-2023, 10:56           
Rusiya kəşfiyyatı Ərdoğan əleyhinə təxribat törədib? - TƏFƏRRÜAT
Rusiya kəşfiyyatı rəsmi Ankara və Avropa Birliyi arasındakı münasibətləri korlamaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əleyhinə nümayişlər planlaşdırıb.

Ölkə.Az xəbər verir ki, bu iddia ilə mərkəzi Londonda yerləşən “Dossier Center” jurnalist təşkilatı məlumat yayıb.

Təşkilatın əldə etdiyi məlumatlar İsveç mətbuat orqanı “Expressen” və s. Avropa media qurumları ilə paylaşılıb.

“Expressen” yazır ki, Moskva bu addımı atarkən Danimarka və İsveçdə Qurani-Kərimin yandırılmasından sonra Ankaranın verdiyi reaksiyalardan “ilham alıb”.

Qeyd edilib ki, 5 martda Parisin mərkəzində “Ərdoğan əleyhinə” saxta aksiya keçirilib. Bildirilib ki, aksiyanı ukraynalılar təşkil edibmiş kimi təəssürat yaradılsa da, əslində, arxasında Rusiya dayanır.

Sözügedən aksiyada iştirak edən şəxslərdən bəzilərinin başqa bir aksiyada özlərini ukraynalı kimi göstərərək, Qərbin Ukraynaya dəstəyinə “etiraz” etdiyi də məlumatda öz əksini tapıb.
Aksiyaların videoya çəkilərək sosial şəbəkələrdə və yutubda paylaşıldığı, həmçinin aksiya iştirakçılarının bunu ödəniş qarşılığında etməyə razılaşdığı iddia edilib.

Aksiyaların təşkil oldunduğu vaxtlarda Rusiyaya aid sosial şəbəkə profillərinin Ərdoğanın posterini və Türkiyə bayrağının yandırıldığı görüntüləri paylaşdığı da xəbərdə vurğulanıb.

Qeyd edək ki, danimarkalı siyasətçi Rasmus Paludanın bu ilin yanvarında İsveçdə Qurani-Kərimi yandırması islam dünyası, o cümlədən Türkiyə tərəfindən kəskin etirazla qarşılanmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.