Azərbaycanın ardınca Türkiyə də Rusiyaya yumurta göndərməyə başlayıb

30-12-2023, 10:34           
Azərbaycanın ardınca Türkiyə də Rusiyaya yumurta göndərməyə başlayıb
Qərar inkubasiya yumurtalarına mövcud ehtiyacla əlaqədar, həmçinin məhsulların Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğuna zəmanət nəzərə alınmaqla qəbul edilib.
BAKI, 29 dekabr — Sputnik. Azərbaycanın ardınca Türkiyə də Rusiya Federasiyasına toyuq yumurtasının ixracına başlayıb.
Bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Rosselxoznadzor" dekabrın 29-dan Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə icazə verib.
Qərar inkubasiya yumurtalarına mövcud ehtiyacla əlaqədar, həmçinin məhsulların Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğuna zəmanət nəzərə alınmaqla qəbul edilib.

Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilib
Azərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru