TFF prezidentinin halı pisləşdi, xəstəxanaya aparıldı

30-12-2023, 09:38           
TFF prezidentinin halı pisləşdi, xəstəxanaya aparıldı
Səudiyyə Ərəbistanında baş tutması planlaşdırılan Türkiyə Superkubok matçı təxirə salınıb.

APA xəbər verir ki, matçın ləğv olunmasından sonra Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin qaldığı otelə təcili tibbi yardım maşını gəlib.

Federasiya prezidentinin baş verən hadisələrlə əlaqədar olaraq vəziyyətinin pisləşdiyi bildirilir.

Qeyd edək ki, məlum hadisədən sonra Türkiyə futbol ictimaiyyəti federasiya prezidentini istefaya səsləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru