Türkiyədə turistlərə kirayə evlərin verilməsi ilə bağlı tələblər sərtləşdirdi

2-01-2024, 00:10           
Türkiyədə turistlərə kirayə evlərin verilməsi ilə bağlı tələblər sərtləşdirdi
Türkiyədə yanvarın 1-dən etibarən turistlərə 100 gündən az müddətə mənzil kirayə vermək istəyənlərin müvafiq lisenziya alması tələb olunur.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.
Söhbət Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasından gedir. Əgər kirayəçi ilə müqavilə bağlamazdan əvvəl ev sahibinin müvafiq sənədi yoxdursa, onu 100 min türk lirəsi (təxminən 5,7 min manat) cərimə gözləyir.
Lisenziyası olan kirayə evlərdə nazirlik tərəfindən müəyyən edilmiş keyfiyyətlərə malik lövhələr asılacaq. Lisenziyaların və plakatların verilməsinə görə ödənişlər idarə tərəfindən müəyyən ediləcək.
Turistlərə icarəyə verilən mənzil binadadırsa, icazə almaq üçün Mədəniyyət və Turizm Nazirliyinə bu binadakı mərtəbələrin bütün mülkiyyətçilərinin razılığını təqdim etmək lazımdır.
Qeyd olunur ki, hər bir kirayə ev üçün ev sahiblərinə alınan icazə əsasında fəaliyyət göstərmək üçün 15 gün vaxt veriləcək. Vətəndaş, göstərilən müddətdən sonra turistlərə ev icarəyə verməyə davam edərsə, cərimə 500 min lirəyə (təxminən 28,8 min manat) qədər artacaq və icazə alaraq fəaliyyət göstərmək üçün daha 15 gün vaxt veriləcək.
İkinci 15 günün keçməsinə baxmayaraq, icazəsiz turizm xidmətləri göstərməyə davam edənləri 1 milyon türk lirəsi (təxminən 57,6 min manat) məbləğində inzibati cərimə gözləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.