Özbəkistan hökumətindən ilginc qərar –Özbəklər bundan sonra həccə yalnız bir dəfə gedə biləcək

15-01-2017, 09:07           

Əvvəllər həcc və ya ümrə ziyarətində olmuş Özbəkistan vətəndaşları indi bu ziyarətləri təkrarlaya bilməyəcəklər.

Strateq.az xəbər verir ki, 2017-ci ildən etibarən həcc və ümrəyə yalnız heç vaxt zəvvar olmamış şəxslər gedəcəklər.

Bu qərar Nazirlə Kabineti yanında Dini İşlər üzrə Komitə tərəfindən qəbul edilib. İstisna yalnız Məkkə və Mədinəyə xidməti ezamiyyətə gedən və müqəddəs yerlərə ziyarətləri təşkil edən vəzifəli şəxslərə aiddir.

Xatırladaq ki, Özbəkistanın həcc kvotası ən azı 25 min nəfərdir. Lakin Özbəkistan hökuməti hər il zəvvarların sayını beş min nəfərlə məhdudlaşdırır. 2017-ci ildə ümrəyə 6 min zəvvar yola düşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru