Türk professor: "Rus pilot bunu bilirdi"

12-02-2017, 10:21           
Türk professor: "Rus pilot bunu bilirdi"
Bir pilot hədəfi bilmədən zərbə endirməz.

Axar.az xəbər verir ki, bunu türkiyəli professor Məsud Haqqı deyib.

"Bir əməliyyatın riski göz qabağındadır. Baş Qərargahın açıqlamasına nəzər saldıqda orada məskən salan ordunun olduğunu görürük. Yəni, hərəkət halında deyil. Pilot gəldi, yaxınlaşdı. Bunun tank olduğunu da gördü: rus tankı, türk tankı və ya İŞİD-in əlindəki tank. Pilot tankı görəndə orada kimin olduğunu bilmirdimi? Pilot və ya əmri verən barədə Rusiya Baş Qərargahı cinayət işi açmalıdır", - Haqqı vurğulayıb.

Qeyd edək ki, Rusiya qırıcısının Suriyada Türkiyə ordusunun məskunlaşdığı əraziyə bomba atması nəticəsində 4 türk əsgəri şəhid olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru