Türkmənistanda prezident seçkilərində seçici fəallığı 90 faizi keçib

12-02-2017, 17:41           

Türkmənistanda keçirilən prezident seçkilərində seçici fəallığı 90 faizi keçib.

APA-nın məlumatına görə, Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 16.00-a (Bakı vaxtı ilə 15.00) seçici fəallığının 90.80 faiz olduğunu açıqlayıb.

Səsvermə yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq. Türkmənistan Seçki Məcəlləsinə əsasən MSK səsvermənin rəsmi nəticələrini 7 gün ərzində açıqlayacaq. Seçicilərinin səslərinin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək.

Qeyd edək ki, Türkmənistan prezidenti postuna hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov da daxil olmaqla, səkkiz namizəd mübarizə aparır.

***

saat 11.14

Bu gün Türkmənistanda keçirilən prezident seçkilərində 4 saat ərzində seçicilərin 51 faizindən çoxu səs verib.

APA-nın məlumatına görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 11.00-a (Bakı vaxtı ilə saat 10.00) seçici fəallığının 51,45 faiz olduğunu açıqlayıb. Bu müddət ərzində 3,2 milyon seçicidən 1 milyon 662 seçici səs verib

***

saat 09.39

Bu gün Türkmənistanda prezident seçkiləri keçirilir.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 06.00) başlayıb, saat 19.00-da (Bakı vaxtı ilə 18.00) başa çatacaq.

Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) saat 09.00-a seçici fəallığının 25,5 faiz olduğunu açıqlayıb.

Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru